Logo

BDU könüllüləri Şirvanşahlar Saray Kompleksini ziyarət ediblər - FOTO

17.10.2023 12:31 511 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) “BDU Könüllüləri” təşkilatının Sosial elmlər və psixologiya fakültəsi üzrə üzvləri Şirvanşahlar Saray Kompleksi muzey-qoruğunu ziyarət ediblər.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, ekskursiya zamanı tələbələrə abidənin tarixi, memarlıq xüsusiyyətləri, saray həyatı və burada yaşamış hökmdarlar haqqında geniş məlumat verilib. Dövlət tərəfindən mühafizə olunan Şirvanşahlar sarayı - kompleksi 1964-cü ildən muzey-qoruq statusu alıb. Muzeyin eksponatları içərisində bəzək əşyaları, arxeoloji tapıntılar, saxsı qablar, müxtəlif rəsmlər, milli geyimlər və XVIII-XX əsrlərə aid olan çoxlu sayda məişət avadanlığı sərgilənir.

Xəbər lenti