Logo

“İnnoMEDİA” layihəsinin açılış mərasimi keçirilib - FOTOLAR

17.10.2023 17:38 292 baxış
IMG

Medianın İnkişafı Agentliyi tərəfindən həyata keçirilən və davamlı xarakter daşıyan “İnnoMEDİA” layihəsinin növbəti mövsümünün açılış mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, iki moduldan ibarət layihənin birinci modulu “Jurnalistikada konvergensiyası” mövzusunu əhatə edib.

“İnnoMEDİA” layihəsinin açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli müasir cəmiyyətin hər bir sahəsinə nüfuz edən texnoloji tərəqqinin media sənayesinə də ciddi təsir göstərdiyini, müvafiq sahədə köklü dəyişikliklərə səbəb olduğunu, yeni media məhsulları və xidmətləri yaratdığını, bir sözlə, virtual və mürəkkəb media mühiti üçün yeni imkanlar təqdim etdiyini bildirərək yeni reallıq şəraitində layihənin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Layihə çərçivəsində ADA Universitetinin Kommunikasiya və Rəqəmsal media proqramının rəhbəri Şəfəq Mehrəliyeva tərəfindən “Müasir mediada gündəmin qurulması” mövzusunda təlim keçilib. Təlimdə iştirakçılara müasir media mühiti, “Gündəmin qurulması nəzəriyyəsi”, dezinformasiya və sosial şəbəkələrin müxtəlif istiqamətlərdə təsirləri, media savadlılığı meyarları haqqında ətraflı məlumat verilib, interaktiv müzakirələr aparılıb.

Qeyd edək ki, “İnnoMEDİA” layihəsinin keçirilməsində əsas məqsəd jurnalistika sahəsində yaranan yeni imkanların və mediada yeni tendensiyaların öyrənilməsi, rəqəmsal media sahəsində peşəkar vərdişlərin inkişaf etdirilməsi, şəbəkələşmə mühitinin üstünlüklərindən yararlanaraq kommunikasiya əlaqələrinin qurulması və inkişaf etdirilməsi, rəqəmsal media ekosisteminin inkişafına töhfə verilməsidir.

Lahiyənin beş gün müddətində, ümumilikdə açıq qeydiyyat vasitəsilə müraciət edən və seçilən 50 nəfərin iştirakı ilə həyata keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti