Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasında dövlət müstəqilliyimizin bərpasının 32-ci ildönümü münasibətilə “Müstəqilliyimiz əbədidir” adlı kitab sərgisi təşkil olunub.
Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.
Sərgidə müstəqilliyimizin tarixini özündə əks etdirən nəşrlər, dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin müstəqilliyimiz uğrunda tarixi xidmətlərindən bəhs edən 50-dək kitab nümayiş olunur. Sərgilənən kitablar arasında Bakı Dövlət Universitetinin 2021-ci il nəşri olan “Azərbaycan Respublikasının tarixi” adlı 2 cildli kitab da oxucuların diqqətini cəlb edib.
Sərgi həftənin sonuna qədər ziyarətçilər üçün açıq olacaq.
