Logo

UNEC-in 10 tələbəsi Prezident təqaüdünü qazanıb

18.10.2023 17:06 446 baxış
IMG

Məlum olduğu kimi, Prezident İlham Əliyev 2023-2024-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

Universitetdən "Tehsil.biz"ə verilən məlumata görə, Sərəncama əsasən, UNEC-in 10 tələbəsi (Banuçiçək Şəkizadə, Zəhra Sadıxlı, Hüseyn İsayev, Anar Hüseynov, Nəzrin Səfərova, Şövqi İsayev, Aminə Maksimova, Vaqif Rəhimli, Əli Niftəliyev, Nihad Həsənzadə) Prezident təqaüdünü qazanıb.

Prezident təqaüdünü qazanan tələbələrin 9 nəfəri Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) “Maliyyə”, 1 nəfər isə “Beynəlxalq ticarət və logistika” ixtisasında təhsil alır.

Xəbər lenti