Təhsil Tələbə Krediti Fondunun əməkdaşı Günay Xəlilova 19 oktyabr tarixində Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat kollecinin tələbələri ilə maarifləndirici görüş keçirib.
Bu barədə "Tehsil.biz"ə fonddan bildirilib.
Fondun əməkdaşı Günay Xəlilova görüş zamanı tələbələrə təhsil tələbə kreditinə müraciət qaydaları, güzəştlər və qeydiyyat prosesi barəsində məlumatlar verib.
Sonda tələbələrin sualları cavablandırılıb və təklifləri dinlənilib.