Oktyabrın 17-də Bakı Slavyan Universitetində (BSU) “Marşalek Nəşriyyat Qrupu”-nun baş direktoru, hazırda BSU-nun qonaq professoru və birgə layihələrinin Polşa tərəfdən olan tərəfdaşı Yohanna Marşalek-Kava və Qdansk Universitetinin professoru Danuta Pletska Tərcümə fakültəsinin I tədris ili tələbələrinə Polşa və Azərbaycanın siyasi-mədəni əlaqələri barəsində masterklass keçiblər.
Bu barədə ""Tehsil.biz"ə BSU-dan bildirilib.
Masterklassda tələbələrə Polşa və Azərbaycanın siyasi-mədəni əlaqələri haqqında ətraflı məlumat verilib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.



