Logo

BDU “ERASMUS + IQAinAR” layihəsi çərçivəsində onlayn görüşdə təmsil olunub

19.10.2023 17:21 414 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “ERASMUS+ IQAinAR” layihəsi çərçivəsində təşkil olunan onlayn görüşdə təmsil olunub.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Görüşdə rektorun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov layihənin konsorsium üzvlərinə BDU-nun keyfiyyət təminatı sistemi və atılan addımlara dair geniş məlumat verib.

“ERASMUS+ IQAinAR” layihəsi tərəfdaş ölkələrin ali təhsil müəssisələrinin daxili keyfiyyət təminatı sisteminin beynəlxalq keyfiyyət standartları ilə təkmilləşdirilməsi və inkişafını, habelə yerli, regional, milli siyasət və strategiyaların həyata keçirilməsi istiqamətində ali təhsil müəssisələrinin gücləndirilməsini dəstəkləmək məqsədi daşıyır.

Niderlandın Vittenborq Tətbiqi Elmlər Universitetinin baş koordinatorluğu ilə icra olunan, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və BDU-nun isə assosiativ üzv kimi qatıldığı layihədə Azərbaycan Dövlət Pedaqoji Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfdaş qismində iştirak edir.

Xəbər lenti