Logo

ADNSU-da “Keyfiyyətə əminlik” mövzusunda təlim keçirilib - FOTO

19.10.2023 19:30 389 baxış
IMG

Oktyabrın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Turan Qazma və Mühəndislik” şirkəti  tərəfindən “Keyfiyyətə əminlik” mövzusunda təlim keçirilib. 

ADNSU-dan "Tehsil.biz"ə bildirilib ki, təlimdə “Turan Qazma və Mühəndislik” şirkətinin QA QS koordinstoru İdrak Cəfərov, Təlim və inkişaf qrupunun rəhbəri Yana Rassolko, Təlim və inkişaf qrupunun administratoru Leyla Qocayeva, ADNSU-nun əməkdaşları,  o cümlədən tələbələr iştirak ediblər. “Turan Qazma və Mühəndislik” şirkətinin QA QS koordinstoru İdrak Cəfərov keyfiyyət anlayışları, İSO 9001 keyfiyyət nişanı, keyfiyyət idfarəetmə sistemi , keyfiyyətə əminlik eləcə də keyfiyyətə zəmanət mövzusunda təqdimatla çıxış edib. 

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti