Logo

ADU-nun tələbələri 9-cu ümumrespublika bilik yarışında iştirak ediblər - FOTO

20.10.2023 09:29 397 baxış
IMG

Azərbaycan Dillər Universitetinin  (ADU) tələbələri Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” IX ümumrespublika bilik yarışında iştirak ediblər.

ADU-dan "Tehsil.biz"ə bildirilib ki, onlar 50 universitet tələbələri arasında fərqlənərək 7-ci yerə layiq görülüblər.

Qeyd edək ki, artıq ənənəyə çevrilən bu layihə Azərbaycan tarixinin və bu il 100 illiyi qeyd edilən Ümummilli Lider Heydər Əliyevin həyatının, çoxşaxəli fəaliyyətinin və irsinin tədqiqi, öyrənilməsi və təbliği məqsədi daşıyır.

Xəbər lenti