"Yüksək bal toplayan tələbələr demək olar ki, respublikanın bütün şəhər və rayonlarını təmsil edirlər".
Tehsil.biz xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Heydər Əliyev və Prezident təqaüdçüləri: gələcəyə ünvanlanan strategiya” adlı tədbirdə çıxışı zamanı deyib.
DİM sədri bildirib ki, həmin tələbələr arasında 52 nəfər regionlarda fəaliyyət göstərən məktəblərin, o cümlədən 14 nəfər kənd məktəbinin məzunlarıdır.
"İnanıram ki, ali təhsillərinə start nöqtəsi olaraq Prezident təqaüdçüsü kimi başlamağın özü uğurlu gələcəyin xəbərçisidir və onlar öz məqsədlərinə doğru inamla addımlaya biləcəklər", - M.Abbaszadə qeyd edib.
Kənan Nağıbəyli