Noyabr ayında 2 gün bayrama görə iş günü olmayacaq.
Tehsil.biz xəbər verir ki, bu, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə bağlıdır.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin "2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" 2022-ci il 9 dekabr tarixli 438 nömrəli Qərarına əsasən həmin günlər iş günü hesab edilmir.
Bundan başqa, noyabrda 4 bazar və 4 şənbə günləri olduğundan ay ərzində ümumən 10 gün iş olmayacaq.