Logo

BDU-da nanokompozit təbəqələrin hazırlanması və istifadəsinə dair elmi seminar keçirilib - FOTO

20.10.2023 12:04 314 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasında növbəti elmi seminar keçirilib.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, seminarda laboratoriyanın kiçik elmi işçisi və Fizika fakültəsinin lll kurs doktorantı Orxan Güləhmədov "Davamlı enerji texnologiyaları və sensor sistemləri üçün neylon və dəmir oksidi nanohissəcikləri əsaslı nanokompozit təbəqələrin hazırlanması və onların triboelektrik nanogeneratorlarda (TENG) istifadəsi" adlı məruzə ilə çıxış edib.

Orxan Güləhmədov seminar iştirakçılarına TENG-in fiziki mexanizmləri,  sensor texnologiyalarında tətbiq imkanları, üstünlükləri, neylon və dəmir oksidi nanohissəcikləri əsaslı nanokompozit təbəqələrin sprey örtük metodu ilə alınması, xarici sabit maqnit sahəsinin təsir prinsipləri, bele materialların tətbiq xüsusiyyətləri haqqında ətraflı məlumat verib.

Sonda məruzəçi sualları cavablandırıb və gələcək tədqiqatlar üçün təkliflərini bildirib.

Xəbər lenti