Logo

AƏSMA tələbələri üçün MasterKlass keçirilib - FOTOLAR

20.10.2023 12:51 505 baxış
IMG

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) İnnovasiya və karyera şöbəsinin müdiri Hikmət Mirzəyevin təşkilatçılığı ilə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Hüquq və daxili nəzarət şöbəsinin müdiri Qaya Əliyevin təqdimatında “Sosial hüquqlar, onların təşəkkülü, inkişafı və mahiyyəti” mövzusunda akademiyanın tələbələri üçün MasterKlass keçirilib.

Bu barədə "Tehsil.biz"ə AƏSMA-dan bildirilib.

Təlimdə Sosial hüquqların mahiyyəti, onların təsnifatı, insan hüquqlarının müdafiəsində beynəlxalq hüququn rolu, insan hüquq və azadlıqlarının prinsipləri və s. mövzular ətraflı izah olunub.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti