İnformasiya Texnologiyaları İnstitutunun dissertantı Elşən Bağırov “Elsevier” nəşriyyatının “Information Sciences” jurnalının redaksiya heyəti tərəfindən elmi ekspertiza fəaliyyətinə görə rəyçi sertifikatına layiq görülüb.
Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.
“Information Sciences” jurnalı nüfuzlu “Web of Science” və “Scopus” elmi bazalarına daxil olan yüksək impakt faktorlu jurnaldır. “Clarivate Analytics” şirkətinin “Journal Citation Reports” hesabatına görə, bu jurnal ən yüksək Q1 sinfinə daxildir.