Logo

DİM tərəfindən canlı yayım təşkil olunacaq

20.10.2023 17:19 253 baxış
IMG

Oktyabrın 25-də saat 20:00-da Dövlət İmtahan Mərkəzinin (DİM) “Youtube” kanalında “Peşəkar Mühasib Sertifikatı imtahanlarında istifadə olunan açıq tipli test tapşırıqlarının cavablandırılması metodologiyası” mövzusunda canlı yayım təşkil olunacaq.

Bu barədə "Tehsil.biz"ə mərkəzdən bildirilib.

Canlı yayımda DİM-in aparıcı məsləhətçisi PMS imtahanları üzrə kurator Faiq Abdullayev, iqtisadiyyat üzrə fəlsəfə doktoru, iqtisadçı-ekspert Firudin Sultanov, iqtisadiyyat üzrə fəlsəfə doktoru, iqtisadçı-ekspert Elsevər İbadov və Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin Vergi qanunvericiliyinin tədrisi şöbəsinin rəisi, iqtisadçı-ekspert Rəşad Əhmədov iştirak edəcəklər.

Canlı yayım zamanı PMS haqqında qısa məlumat veriləcək, statistik məlumatlar təqdim olunacaq, ən çox verilən suallara aydınlıq gətiriləcək və gələcək təkmilləşdirmə istiqmətləri barədə məlumat veriləcək. Bundan əlavə, ekspertlər tərəfindən MHBS, KOS üçün MHBS, vergi qanunvericiliyi üzrə hüquqi şəxslərin mənfəət vergisi və ƏDV istiqaməti üzrə açıq tipli tapşırıqlar izah olunacaq və imtahan cavablarının necə yoxlanıldığına praktiki şəkildə aydınlıq gətiriləcək.

Sonda izləyicilər tərəfindən daxil olan suallar da cavablandırılacaq. Sizi maraqlandıran sualları DİM-in feysbuk səhifəsində müvafiq postun şərh bölməsinə yaza bilərsiniz.

Xəbər lenti