Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Tbilisi Regional Ofisinin rəhbəri Gebhard Reul və ofisin Azərbaycan üzrə layihə koordinatoru Sevər Qarayeva SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub.
Tehsil.biz xəbər verir ki, onlar tələbələrə DAAD haqqında, təklif olunan təqaüd proqramı və seçim prosesi barədə məlumat verib, tələbələrin suallarını cavablandırıblar.
Sonra rektor Elmar Qasımov qonaqlarla görüşərək BANM-lə DAAD arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib. O qeyd edib ki, DAAD təqaüdü qazanan tələbələr arasında BANM tələbələri üstünlük təşkil edir və bu il 7 BANM tələbəsi DAAD-ın təqaüdünü qazanıb. Rektor bu il BANM-də DAAD-ın təqaüdü ilə “Neft hasil edən ölkələrdə enerji keçidi” mövzusunda 16 alman tələbənin iştirak etdiyi beynəlxalq yay məktəbinin uğurla həyata keçirildiyini də əlavə edib.
Regional rəhbər BANM-lə əməkdaşlığın perspektivlərindən danışaraq vurğulayıb ki, BANM tələbələri çox savadlı, istedadlı və bacarıqlıdırlar.





