“PAŞA Holding”in Korporativ Akselerasiya Mərkəzinin baş məsləhətçisi Tuğra Musayeva Holdinqin daxili və xarici innovasiyalar istiqamətində fəaliyyəti, korporativ rəqəmsal transformasiyanın əhəmiyyəti, innovasiya mədəniyyətinin təşviq edilməsində medianın rolu, media və innovasiya ekosistemləri arasındakı əlaqədən danışıb.
Tehsil.biz xəbər verir ki, layihə çərçivəsində digər görüş İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Rəqəmsal Hökumət layihələrinin və məhsullarının idarəolunması departamentinin müdiri Elnur Məmmədli ilə keçirilib, görüş zamanı rəqəmsal transformasiya və onun təsirləri, rəqəmsal transformasiyanın üç təməl istiqaməti olan insan kapitalı, innovasiya və rəqəmsal hökumət haqqında ətraflı məlumat verilib.
“İnnoMEDİA” layihəsinin bağlanış mərasimində çıxış edən Agentliyin Media dəstək layihələri və strateji planlaşdırma şöbəsinin müdiri Ləman İsgəndərova texnologiyanın inkişafı ilə dinamik dəyişən media sahəsində yeni tendensiyaların öyrənilməsi və mediada rəqəmsal imkanların dəyərləndirilməsinin əhəmiyyətini vurğulayıb. Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.