Təhsil Tələbə Krediti Fondunun Himayəçilik Şurasının növbəti iclası keçirilib.
Bu barədə "Tehsil.biz"ə fonddan məlumat verilib.
İclasda Fond tərəfindən görülən işlərin icra vəziyyəti barədə hesabatlar dinlənilib.
Bildirilib ki, fəaliyyət göstərdiyi müddət ərzindən Fond 25000-ə yaxın tələbəyə təhsil krediti ayıraraq, onların təhsil arzularının gerçəkləşməsinə dəstək göstərib.
İclasda Fondun fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyul 2021-ci il tarixli 226 saylı Qərarı ilə təsdiq edilmiş Qaydaya dəyişikliklərin edilməsi ilə bağlı təkliflər dinlənilərək müsbət qiymətləndirilib və bu barədə normativ hüquqi akt layihəsinin hazırlanaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsi qərara alınıb.