Abşeron rayonu, Xırdalan şəhərində bir aydan çoxdur ki, şagirdlər yeni açılan məktəbə gedib-gəlməkdə çətinlik çəkirlər.
Tehsil.biz Xezerxeber.az-a istinadən xəbər verir ki, yeni dərs ilində istifadəyə verilən Rəsulzadə küçəsindəki 11 saylı tam orta məktəbə gedən, yaxud da çıxan şagird və müəllim kollektivi yolun əks tərəfinə keçmək üçün xeyli məsafə qət edirlər.
Bəziləri həyatlarını təhlükəyə ataraq piyada zolağı olmayan yerdən yolu keçməyə cəhd edirlər.
Valideynlər bu barədə Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edəcəklərini bildiriblər. Onların istəkləri budur ki, həmin ərazidən şagirdlər təhlükəsiz keçsinlər.
Baş Dövlət Yol Polisi İdarəsindən mövzu ilə bağlı bildirilib ki, vətəndaşlar məsələ ilə əlaqədar rəsmi müraciət etməlidirlər:
“Bundan sonra həmin əraziyə baxış keçiriləcək. Yolun hansı qurumun balansında olduğu müəyyən edildikdən sonra şagirdlərin təhlükəsiz yolu keçmələri üçün lazimi tədbirlər görüləcək”.
Ətraflı süjetdə: