Logo

Bakıda VIII “Visla” Polşa film festivalı davam edir

21.10.2023 13:59 316 baxış
IMG

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) “Visla” Polşa film festivalı ilə əməkdaşlığı çərçivəsində səkkizinci dəfə keçiriləcək Polşa Film Festivalı davam edir.

Tehsil.biz xəbər verir ki, filmlər oktyabrın 31-dək “Azərbaycan” CinemaPlus-da nümayiş olunacaq.

Oktyabrın 10-da start götürən festival çərçivəsində artıq Azərbaycan tamaşaçıları Maçey Kavalskinin “Təhlükəli centlmenlər”, Yeji Skolimovskinin “İA”, Yakub Skoçenin “Vəftiz” və digər ekran əsrlərini izləyiblər.

Builki “Visla” çərçivəsində Azərbaycan tamaşaçısına təqdim edəcək son film rejissor Yan Holoubekin “Günahsız 25 il” ekran əsəri olacaq. Bu film real hadisələr əsasında çəkilib və 20 ilə yaxın günahsız yerə həbs edilmiş Tomaş Komendanın təsirli hekayəsindən bəhs edir.

Festival çərçivəsində “Azərbaycan” CinemaPlus-da ümumilikdə 6 polyak filminin nümayişi olacaq.

Xəbər lenti