Logo

MDU magistrantı Türkmənistanda beynəlxalq elmi müsabiqədə uğur qazanıb - FOTO

22.10.2023 10:34 172 baxış
IMG

Mingəçevir Dövlət Universitetinin (MDU) magistrantı Murad Baxşəliyev Türkmənistanda “Yüksək texnologiyalar və innovativ layihələr” (High Technologies and Innovative Projections) adlı gənclər arasında beynəlxalq elmi yarışmada iştirak edib.

MDU-dan "Tehsil.biz"ə bildirilib ki, müsabiqə bu ilin mart ayında Türkmənistanın Elmlər Akademiyası, Təhsil Nazirliyi və Məhtimqulu adına Gənclər Təşkilatının Mərkəzi Şurası tərəfindən elan edilib. Azərbaycan, Belarus, Vyetnam, Gürcüstan, Qazaxıstan, Çin, Malayziya, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistandan gənc tədqiqatçı, ixtiraçı və mütəxəssislər ən populyar istiqamətlər üzrə öz elmi işlərini və layihələrini təqdim ediblər.

MDU magistrantı M.Baxşəliyev beynəlxalq müsabiqəyə Energetika kafedrasının baş müəllimi, tex.f.d. Səadət Şıxəliyevanın elmi rəhbərliyi ilə “35-220 kV gərginlikli elektrik veriliş xətlərinin aralıq dayaqlarının müqayisəli təhlili” mövzusunda yerinə yetirdiyi elmi-tədqiqat işinin nəticələri ilə qatılıb.

Yekun mükafatlandırma mərasimi Aşqabadda Ticarət və Sənaye Palatasında səhiyyə, təhsil və idmanla bağlı keçirilən sərgi-konfrans çərçivəsində baş tutub. Müsabiqənin nəticələrinə əsasən, 22 nəfər üçüncü, 14 nəfər ikinci, 9 nəfər birinci yeri tutmaqla 45 qalib elan edilib. Müsabiqədə 3-cü yerə layiq görülən MDU magistrantı M.Baxşəliyev müvafiq diplomla təltif edilib.

Xəbər lenti