Logo

BANM-in “Xankəndi” komandası hakatonda I yeri qazanıb

22.10.2023 10:58 289 baxış
IMG

Bakı Ali Neft Məktəbinin "Xankəndi" komandası Yeni Azərbaycan Partiyasının (YAP) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev 100: Mühəndislik hakatonu” intellektual yarışında texnologiya və innovasiya nominasiyası üzrə 1-ci yerə layiq görülüb.

Bu barədə "Tehsil.biz"ə BANM-dən bildirilib.

"Xankəndi" komandasında Ali Məktəbimizin Kompüter mühəndisliyi ixtisasının tələbəsi Əzim Əzizov, Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının tələbəsi Ramin Rəcəbli, İnformasiya təhlükəsizliyi ixtisasının tələbələri  Roman Tolstoşeyev və Nadir İsgəndərov təmsil olunur.

Xəbər lenti