İkinci Dünya müharibəsi zamanı itirilmiş barokko üslubunda yaradılmış rəsm əsəri təxminən yüz ildən sonra ABŞ-dan Almaniyaya qayıdıb.
Tehsil.biz “Euronews” kanalına istinadla xəbər verir ki, XVIII əsrin avstriyalı rəssamı Yohann Frans Nepomuk Lautererin (1700-1733) "İtalyan mənzərəsi" adlı rəsm əsəri tezliklə Münhendə nümayiş olunacaq.
Federal Təhqiqatlar Bürosu (FTB) italyan kənd yerini təsvir edən pastoralı Almaniyanın Çikaqodakı konsulluğundakı qısamüddətli mərasim zamanı alman muzeyinin nümayəndəsinə təhvil verib.
Oğurlanmış incəsənət əsərlərinin axtarışı və qaytarılması ilə məşğul olan “Art Recovery International” şirkəti ələkeçməz rəsm əsərini axtarıb tapıb. Bu, ötən il Çikaqoda İkinci Dünya müharibəsində iştirak edəndən sonra dayısının ABŞ-a gətirdiyi “oğurlanmış əsərə” malik olduğunu bildirən şəxs şirkətə müraciət edəndən sonra baş verib.
Əsər 1945-ci ildən itirilmiş hesab olunur, ilk dəfə onun haqqında Münhendəki (Almaniya) Bavariya Dövlət Rəsm Kolleksiyalarından oğurlanmış rəsm əsəri kimi bildirilib. 2012-ci ildə əsər Alman İtirilmiş İncəsənət Fondunun məlumat bazasına daxil olunub.
“Art Recovery International”dəki işimizin məğzi nasistlər tərəfindən oğurlanmış və dövlət və ya özəl kolleksiyalarda aşkar edilmiş incəsənət əsərlərinin axtarışı və restitusiyasından ibarətdir. Bəzən biz bu kimi hallarla üzləşirik, müttəfiq qoşunların əsgərləri əşyaları suvenir və ya hərbi qənimət qismində evə götürürdülər”, — deyə “Art Recovery International” yaradıcısı Kristofer Marinello bildirib.
“Qaliblərin tərəfində olduğumuz buna bəraət qazandırmır”, — deyə o əlavə edib.
“İtalyan mənzərəsi” indi “oxşarına” qovuşacaq, hansı ki, muzey nümayəndələrinin sözlərinə görə, analoji motivlərə və obrazlara malikdir. Hər iki rəsm əsəri keçilər, inəklər, uzunqulaqlar və qoyunlarla çobanlar və səyyahların əks olunduğu çay keçidi qarşısındakı panoram səhnəni göstərir.
Holland və alman barokko rəsmlərinin əsas qoruyucusu Bernd Ebertin sözlərinə görə, yaxın vaxtlarda bu iki rəsm əsəri İkinci Dünya müharibəsindən sonra ilk dəfə birlikdə Münhendəki “Köhnə pinakoteka”da nümayiş olunacaq.