Logo

ADPU-nun Quba filialının müəllim və tələbələri şəhid ailəsini ziyarət edib - FOTO

23.10.2023 12:31 169 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının kollektivi Quba rayonunun Qımıl kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi Nuran Mirzəyevin məzarını və ailəsini ziyarət ediblər.

Bu barədə "Tehsil.biz"ə universitetdən məlumat verilib.

Ziyarətdə filialın əməkdaşları - direktor müavini İsmayıl Mahmudov, Riyaziyyat və təbiət elmləri fakültəsinin dekanı vəzifəsini icra edən Nübar Bayramova və başqaları iştirak ediblər.

Nuranın valideynləri filial rəhbərliyinə şəhid ailələrinə qarşı göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Sonra filialın üzvləri Nuran Mirzəyevin adına tikilmiş bulağı da ziyarət ediblər.

Qeyd edək ki, Nuran Mirzəyev 1999-cu il iyulun 27-də Quba rayonunun Qımıl kəndində anadan olub. Həqiqi hərbi xidmətini iki il əvvəl başa vuran Nuran səfərbərlik çağırışı əsasında Vətən müharibəsinə yollanıb. O, Füzuli, Cəbrayıl, Qubadlı uğrunda gedən ağır döyüşlərdə qəhrəmanlıqla döyüşüb. 21 yaşlı qəhrəman 2020-ci il oktyabrın 19-da Qubadlının azadlığı uğrunda gedən döyüşdə şəhidlik zirvəsinə ucalıb.

Nuran Mirzəyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

Xəbər lenti