Logo

AzMİU alimi “ağıllı” binalarda seysmik davamlılığa nəzarət prosesini tədqiq edib

23.10.2023 14:01 305 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnformasiya texnologiyaları və sistemləri kafedrasında keçirilən elmi seminarda professor Nailə Musayevanın “Hündür “ağıllı” binalarda seysmik davamlılığın pozulmasının gizli dövrünün başlanmasının “noise” nəzarət texnologiyaları” mövzusunda məruzəsi dinlənilib.

Bu barədə "Tehsil.biz"ə universitetdən məlumat verilib.

Məruzəçi bildirib ki, seysmik aktiv rayonlarda təhlükəsizliyin təmin edilməsi üçün çoxmərtəbəli intellektual binaların texniki vəziyyətinə nəzarət tələb olunur: “Bundan əlavə, nasazlıqların baş verməsinin erkən gizli dövrünün aşkarlanması və onların inkişaf dinamikasının müəyyən edilməsi monitorinq sistemlərinin əsas vəzifəsidir. Qüsurların əmələ gəlməsi küyün yaradılması ilə müşayiət olunur və onun xarakteristikaları nasazlığın baş verməsi haqqında informasiya daşıyıcısı kimi qəbul edilə bilər”.

Məruzəçi qeyd edib ki, çoxmərtəbəli “ağıllı” binanın texniki vəziyyətinin qiymətləndirilməsi üçün həssas göstərici kimi küyün yüksək tərtib momentlərin hesablanması alqoritmləri işlənib-hazırlanıb. Həmçinin küyün yüksək tərtib ehtimalı modelinin qurulması üçün texnologiya işlənib.

Xəbər lenti