Logo

Bakı Ali Neft Məktəbində təkrar ali təhsil almaq istəyənlərin nəzərinə

29.03.2021 12:32 909 baxış
IMG

2020-ci ildən etibarən Bakı Ali Neft Məktəbində (BANM) “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təkrar ali təhsil proqramı həyata keçirilir.

 

Tədris ödənişli əsaslarla distant və ya qiyabi formalarda təşkil edilir. 

 

Təkrar ali təhsil BANM-lə müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlar (iş stajı 1 ildən az olmayaraq) arasında bağlanılmış müqavilələr əsasında reallaşdırılır.

 

Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidir:

 

• Rektorun adına ərizə;
• göndəriş-zəmanət məktubu (məktubun əsli poçtla və ya şəxsən təqdim edilir);
• əmək kitabçasının surəti (hazırki iş fəaliyyətini göstərmək şərtilə);
• ali təhsil haqqında sənədin diplom və diploma əlavənin notarial qaydada təsdiqlənmiş surətləri;
• sağlamlıq haqqında arayış;
• şəxsiyyəti təsdiq edən sənəd;
• 3/4 sm ölçüdə 4 ədəd fotoşəkli;

 

Xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra BANM-də təkrar ali təhsil ala bilərlər. 

 

Təqdim olunan sənədlər müvafiq tələblərə cavab verdiyi halda iddiaçılar təkrar ali təhsil almaq hüququnu qazanırlar. 

 

Qəbul zamanı dövlət orqanlarının tövsiyə məktubu ilə gələn şəxslərə üstünlük verilir.

 

Əlaqə üçün:

 

E-mail: [email protected]
Telefon: 012 521 34 54

Xəbər lenti