Logo

“MEDİAlab” layihəsi çərçivəsində növbəti şəbəkələşmə tədbiri keçirilib - FOTO

23.10.2023 22:22 318 baxış
IMG

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri və mətbuat katibi Səidə Şəfiyeva "Kommunikasiya və  PR: effektiv kommunikasiyanın qurulması və müasir trendlər" mövzusunda çıxış edib. 

Bu barədə "Tehsil.biz"ə agentlikdən məlumat verilib.

Səidə Şəfiyeva iştirakçılara PR menecerin rolu, MPR-ın məqsədləri, jurnalistika və PR, onların ortaq və fərqli cəhətləri, kommunikasiya strategiyaları, PR siyasətində müasir trendlər, “RACE” modelindən danışıb, dünyadakı uğurlu PR nümunələrinə nəzər salıb.

O, təlim iştirakçılarına media sahəsində effektiv kommunikasiyanın qurulması, kommunikasiya növləri haqqında ətraflı məlumat verib, səmərəli kommunikasiya qurma qabiliyyətinin inkişaf etdirilməsində ünsiyyət texnikalarını və metodlarını diqqətə çatdırıb.

Xəbər lenti