Logo

BMU-da "Özünü kəşfetmə sənəti" mövzusunda təlim keçirilib - FOTO

24.10.2023 09:16 334 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə tələbələr üçün "Özünü kəşfetmə sənəti" mövzusunda təlim keçirilib. 

BMU-dan "Tehsil.biz"ə bildirilib ki, təlimdə “Self Healing Center” şirkətinin rəhbəri Səbinə İbrahimli fərdlərin özünü motivasiya yolu ilə daxili potensialının üzə çıxarılması və inkişaf etdirilməsi, zehni, psixoloji, fiziki bacarıqlarının birləşdirilməsi və s. məsələlərlə bağlı çıxış edib. 

Təlim tələbələri maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.

Xəbər lenti