Logo

BSU rektoru Gürcüstanda işgüzar səfərdə olub - FOTO

24.10.2023 09:28 323 baxış
IMG

19-20 oktyabr tarixlərində  Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev Gürcüstanın Akaki Tsereteli adına Kutaisi Dövlət Universitetinin 90 illik yubiley tədbirlərində iştirak edib.

Ali məktəbdən "Tehsil.biz"ə verilən məlumata görə, rektor səfər zamanı Özbəkistan, Polşa və Gürcüstandan olan universitet rəhbərlərinin iştirakı ilə ali təhsilin beynəlmillələşməsinə həsr edilmiş dəyirmi masaya qatılıb. 

Səfər çərçivəsində Bakı Slavyan Universiteti ilə Akaki Tsereteli Dövlət Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Xəbər lenti