“Məktəbəqədər təhsil müəssisəsində təhlükəsiz öyrənmə mühitinin təmin olunmasında pedaqoji heyətin rolu” mövzusunda təlimlər davam edir.
Bu barədə "Tehsil.biz"ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.
Bildirilib ki, məktəbəqədər təhsil müəssisələrinin rəhbər və metodistləri üçün keçirilən növbəti təlim Nərimanov rayonu üzrə körpələr evi və uşaq bağçalarını əhatə edib.
BŞTİ-nin nəzdində Təlimə Dəstək Mərkəzinin (TDM) bölmə rəhbəri Fərqanə Seyidli və TDM-in psixoloqu Heyran Səfərova məktəbəqədər təhsil müəssisələrində sağlam mənəvi-psixoloji mühitin təmin edilməsində pedaqoji liderliyin və heyətin rolu, valideynlərlə münasibətlərin tənzimlənməsində peşəkar etikanın əhəmiyyəti ilə bağlı iştirakçıları məlumatlandırıb, onları maraqlandıran sualları cavablandırıblar.
Təlimlərin paytaxtdakı digər dövlət məktəbəqədər təhsil müəssisələrini də əhatə etməsi nəzərdə tutulur.