Logo

BDU tələbəsi Avropanın ən böyük idman festivalında 2 qızıl medal qazanıb - FOTO

24.10.2023 18:49 186 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin IV kurs tələbəsi İlkin Namazov İspaniyanın paytaxtı Madriddə keçirilən, Avropanın ən böyük idman festivalı olan "Arnold Classic Europe" festivalında önəmli qələbə qazanıb.

Bu barədə "Tehsil.biz"ə BDU-dan bildirilib.

Qeyd olunub ki, İlkin Namazov pauerliftinq üzrə "bench-press" (ştanqı sinədən sıxma)  və "deadlift" (yerdən ştanqı dartma) hərəkətlərində qızıl medala sahib olub.

Xəbər lenti