Logo

UNEC-də “Karyerada 10 uğurlu addım” adlı təlim keçirilib

29.03.2021 12:53 535 baxış
IMG

İqtisadçı Tələbələrə Dəstək İctimai Birliyi və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Maliyyə və mühasibat fakültəsinin təşkilatçılığı ilə “Karyerada 10 uğurlu addım” adlı təlim keçirilib.

 

UNEC-dən verilən məlumata görə,  təlimdə “Fred’s English” beynəlxalq ingilis dili mərkəzinin direktoru Tofiq Ələkbərli tələbələrə uğurlu karyera planlaması, əmək bazarında mövqeyi möhkəmləndirməyin yolları və s. mövzulardan danışıb.

 

Sonda fəal tələbələrə sertifikatlar təqdim olunub.

Xəbər lenti