Oktyabrın 24-də Azərbaycan-Fransız Universitetinin İnnovasiya Mərkəzində Stratap İnkubasiya proqramına start verilib.
Universitetdən "Tehsill.biz"ə verilən məlumata görə, proqrama müraciət etmiş 97 startapdan 11-i yekun mərhələyə qəbul edilib.
Mərkəzin rəhbəri Cəsur Həsənov iştirakçı komandaları salamlayaraq onlara İnkubasiya proqramı barədə ətraflı məlumat verib.
Bildirilib ki, 12 həftə ərzində həmin startaplar müxtəlif təlimlərdə iştirak edəcək, mentorlarla görüşəcək və Innovasiya mərkəzində məsləhət xidmətlərindən bəhrələnəcəklər. İnnovasiya Mərkəzinin məqsədi həmin tələbə startaplarını ideyadan biznesə qədər dəstəkləməkdir.
UFAZ İnnovasiya Mərkəzi 2023-cü ildə UFAZ və digər universitetlərin tələbə startaplarını dəstəkləmək məqsədilə yaradılıb.