Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin tələbələri İstiqlal muzeyini ziyarət ediblər.
BDU-dan "Tehsil.biz"ə bildirilib ki, onlar İstiqlal muzeyində 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” layihəsi çərçivəsində açılan “Sabaha qalmayan qisas” sərgisi ilə tanış olublar. Sərgidə Vətən müharibəsi şəhidlərinin şəxsi əşyaları nümayiş etdirilir. BDU tələbələrinə Vətən müharibəsi şəhidləri haqqında geniş məlumat verilib.


