Logo

LDU Ankara Universiteti ilə əməkdaşlığa başlayır

24.10.2023 22:55 183 baxış
IMG

Lənkəran Dövlət Universitetinin (LDU) rektoru professor Natiq İbrahimov başda olmaqla, LDU-nun nümayəndə heyəti Türkiyənin Ankara Universitetində işgüzar səfərdə olub.

Tehsil.biz xəbər verir ki, nümayəndə heyətinin üzvləri Ankara Universitetinin rektoru professor Necdet Ünüvarla görüşüblər. Görüşdə universitetlərarası əlaqələrin möhkəmləndirilməsi ətraflı müzakirə olunub, əməkdaşlığın istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

Səfər zamanı Ankara Universiteti ilə LDU arasında təhsil, akademik və mədəni əməkdaşlıq sahəsində əməkdaşlıq protokolu imzalanıb. Əməkdaşlıq protokuluna əsasən, bu iki ali təhsil ocağı arasında müəllim-tələbə mübadiləsi, birgə elmi konfransların təşkili, həmçinin gələcəkdə ikili diplom layihəsinin həyata keçirilməsi üçün işlərin başlanması müzakirə olunub.

Əməkdaşlıq protokolunu professor Necdet Ünüvar və professor Natiq İbrahimov imzalayıblar.

Xəbər lenti