Logo

ADU-da Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib - FOTO

24.10.2023 23:40 449 baxış
IMG

Azərbaycan Dillər Universitetində (ADU) Türkiyə Cümhüriyyətinin 100 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib.

ADU-dan "Tehsil.biz"ə bildirilib ki, öncə Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin Dövlət himnləri səsləndirilib.

ADU-nun Türk  Dünyası Araşdırmalar Mərkəzinin müdiri, dosent Elçin İbrahimov dəyirmi masa iştirakçılarını salamlayıb, Türkiyə-Azərbaycan dostluq, qardaşlıq münasibətlərdən danışıb.

Qeyd olunub ki, qardaş ölkənin inkişafı və güclü dövlətə çevrilməsi hər birimizi qürurlandırır.

Daha sonra Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müəllimi, dosent Şəlalə Bağırova, Xarici ölkələr ədəbiyyatı kafedrasının dissertandı Qismət Rüstəmov, Azərbaycan Beynəlxalq Maarif məktəbinin müəllimi Saffet Alp Yılmaz məruzə ilə çıxış ediblər.

Sonda tələbələrin ifasında “İstiqlal marşı” şeiri səsləndirilib.

Xəbər lenti