Logo

Pakistanın Kompüter və İnkişaf etməkdə olan Milli Elmlər Universitetinin dekanı ADU-da olub - FOTO

25.10.2023 13:37 422 baxış
IMG

Pakistanın Kompüter və İnkişaf etməkdə olan Milli Elmlər Universitetinin Humanitar Elmlər fakültəsinin dekanı, Dr. Summaira Sarfraz   Azərbaycan Dillər Universitetinin  (ADU) qonağı olub.

Bu barədə "Tehsil.biz"ə ADU-dan məlumat verilib.

Bildirilib ki, dekan,  Dr. Summaira Sarfraz-ın iştirakı ilə Tərcümə fakültəsində “Linguistic Approaches to Translation” adlı mühazirə keçirilib.

Tərcümə fakültəsinin müəllim və tələbələrinin iştirakı ilə keçirilən mühazirədə tərcümə sahəsinə aid yanaşmalar müzakirə olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti