Logo

İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq qruplarına seçmə imtahanı keçiriləcək

25.10.2023 16:29 578 baxış
IMG

29 oktyabr saat 11:00-da Bakı Mühəndislik Universitetində informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq qruplarına seçmə imtahanı təşkil ediləcək.

Bu barədə "Tehsil.biz"ə Təhsil İnstitutundan məlumat verilib.

Bildirilib ki, seçmə imtahanında 2022/2023-cü tədris ilində keçirilən Respublika Fənn Olimpiadalarında informatika fənni üzrə qalib və finalçı şagirdlər dəvət edilib.

Qeyd edək ki, informatika fənni üzrə hazırlıq prosesi “Azercell Telecom”un dəstəyi ilə həyata keçirilir.

Xəbər lenti