Logo

Azərbaycan Universitetində Təhsil Tələbə Krediti Fondunun nümayəndələri ilə görüş keçirilib - FOTO

25.10.2023 18:43 370 baxış
IMG

Azərbaycan Universitetində Təhsil Tələbə Krediti Fondunun əməkdaşı Aysel Hacıyeva ilə tələbələrin görüşü keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə Fondun əməkdaşı Aysel Hacıyeva, Azərbaycan Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsi müdir müavini Lalə Dilənova, Humanitar fənlər fakültəsinin tyutoru (akademik məsləhətçisi) Aysel Həmidova, universitetin müəllim və tələbə heyəti iştirak edib.

Görüşdə təqdimatla çıxış edən TTKF-in əməkdaşı Aysel Hacıyeva qurumun yaradılmasının məqsədi və fəaliyyət istiqamətləri barədə məlumat verib, layihənin sosial müdafiəsi zəif olan tələbələrə dəstək məqsədi daşıdığını deyiblər. Görüşdə tələbələr təhsil tələbə kreditinə müraciət qaydaları, kreditlərin növləri, qeydiyyat prosesi və digər yeniliklər barədə ətraflı məlumatlandırılıblar.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb və təkliflər dinlənilib.

Xəbər lenti