Logo

YAP Nəsimi rayon təşkilatının sədrinin ADU-nun tələbələri ilə görüşü olub - FOTO

25.10.2023 21:49 380 baxış
IMG

Oktyabrın 24-də Azərbaycan Dillər Universitetində (ADU) Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanovun universitetin fəal tələbələri ilə görüşü keçirilib.

ADU-dan "Tehsil.biz"ə bildirilib ki, görüşdə Azər Süleymanov «Heydər Əliyev İli»ndə həyata keçirilən tədbirlər haqqında məlumat verib,  Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətindən danışıb,  tələbələri maraqlandıran sualları cavablandırıb.

Görüşün sonunda Yeni Azərbaycan Partiyasına yeni üzv olan tələbələrin vəsiqələri verilib.

Xəbər lenti