Logo

BDU Azərbaycanda “Times Higher Education Subject” reytinq siyahısında yer alan yeganə universitetdir - FOTO

26.10.2023 10:22 357 baxış
IMG

“Times Higher Education” (THE) 2024-cü il üçün ixtisaslar üzrə ali təhsil müəssisələrinin reytinq siyahısını açıqlayıb.

Tehsil.biz xəbər verir ki, Bakı Dövlət Universiteti (BDU) Fiziki elmlər (Fizika, Kimya, Geologiya, Astronomiya, Riyaziyyat və s.) və Mühəndislik elmləri (Kimya mühəndisliyi, Geologiya mühəndisliyi, Hidrogeologiya mühəndisliyi, Geofizika mühəndisliyi və s.) üzrə 1001+ mövqelərini tutub.

Qeyd edək ki, 2023-cü ildə də BDU öncəki illərdə olduğu kimi, Azərbaycanda “Times Higher Education” dünya universitetləri reytinq siyahısında, eləcə də ixtisaslar üzrə reytinq siyahısında yer alan yeganə ali təhsil müəssisəsi idi.

Məlumat üçün bildirək ki, nüfuzlu “Times Higher Education” təşkilatının əsas fəaliyyət istiqamətlərindən biri dünyanın ali təhsil müəssisələrinin və ixtisaslarının reytinqini tərtib etmək, universitetlərin reytinqinin yüksəlməsi üçün tövsiyələr verməkdir. “Times Higher Education” dünya universitetlərinin və ixtisaslarının reytinqi universitetlərin tədris, elmi-tədqiqat, istinad indeksi, beynəlxalq reputasiyası, sənaye gəlirləri və digər meyarları nəzərə alınmaqla həyata keçirilir.

Xəbər lenti