M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı baş mühasib vəzifəsinə işə qəbul elan edir.
Bu barədə "Tehsil.biz"ə MDU-nun Bakı filialından məlumat verilib.
İş barədə məlumat:
• Əməkdaşların və ezamiyyətə gələn mütəxəssislərin əmək haqlarının və ödənişlərinin hesablanması;
• Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlərinin və əsas vəsaitlərin uçotunun təşkili, iş və xidmətlərin yerinə yetirilməsi;
• Dövlət büdcəsi ilə hesablaşmalar, öhdəliklərin vaxtında ödənilməsi;
• Bank əməliyyatlarının aparılması, ödəmə tapşırıqlarının düzgün tərtib olunması, bank çıxarışlarının sistemə işlənməsi;
• Aylıq və gündəlik daxili hesabatların, yuxarı təşkilatların, vergi və DSMF hesabatlarının hazırlanmasında iştirak və nəzarət edilməsi;
• Debitor və kreditorlarla hesablaşmalar, ödənişlər, aylıq üzləşmə AKT-larının tərtibi və nəzarəti;
• Vergi və audit yoxlamaları zamanı məlumatların düzgün və dolğun formada təqdim olunmasını təşkil etmək.
İş qrafiki: 6 günlük
• İş saatları: Həftə içi 09:00-dan 17:00-dək; Şənbə günü 09:00-15:00
• Servislə təmin olunur.
• Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.
Namizədə aid tələblər:
• Təhsil: Ali (maliyyə, mühasibat uçotu və audit kimi oxşar ixtisaslar)
• Təcrübə: Mühasib kimi minimum 5 il təcrübə (ali təhsil müəssisələrində çalışanlara üstünlük veriləcək)
• Yaş: 30 – 50
• Proqramlar: 1 C və MS Office
• Dil biliyi: Azərbaycan dili və rus dili biliyi vacibdir.
• Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalıdır.
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərini məktubun mövzu bölməsində vakant vəzifənin adını qeyd etməklə [email protected] ünvanına 2023-cü il noyabrın 15-dək göndərə bilərlər.