Logo

PMS imtahanının II mərhələsi üzrə noyabrın 26-da keçiriləcək imtahana qeydiyyat elan edilib

26.10.2023 13:49 340 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2023-cü il noyabrın 26-da peşəkar mühasib sertifikatı (PMS) almaq istəyən namizədlər üçün imtahanın II mərhələsi keçiriləcək.

Tehsil.biz xəbər verir ki, namizədlər 26 oktyabr saat 14:00-dan 14 noyabr saat 11:00-dək DİM-in internet səhifəsində göstərilən linkə (https://exidmet.dim.gov.az/elimt/pms2test/QeydList) daxil olub qeydiyyatdan keçə bilərlər. 

İmtahanın II mərhələsi - qanunvericilik üzrə imtahanda iştirak etmək istəyən namizədlər aşağıda qeyd edilən sertifikat növlərinə uyğun istiqamətlərdən birini seçməklə qeydiyyatdan keçməlidirlər:

1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS; Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;

2. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS. 

İmtahanda iştirak haqqı 50 manatdır. İmtahanın davametmə müddəti 3 saatdır. 

Namizədlərin bilik və bacarılarının yoxlanılması məqsədilə imtahanda 40 tapşırıqdan ibarət sual kitabçası təqdim olunur. İmtahandan maksimum 100 bal toplamaq mümkündür. Qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 15-i 2 balla, açıq tipli 5 test tapşırığının hər biri 10 balla qiymətləndirilir. 

Hər bir sertifikat növü üzrə imtahan proqramları DİM-in rəsmi internet səhifəsində yerləşdirilib. Namizədlər proqramlarla bu linkə daxil olaraq tanış ola bilərlər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 237 saylı 22 may 2019-cu il tarixli qərarının aşağıdakı bəndinə əsasən namizədlər göstərilən sənədləri təqdim etməklə imtahanda iştirak edə bilərlər:

2.10.2. iqtisadi sahədə orta ixtisas təhsili haqqında sənədin (diplomun) və mühasibatlıq sahəsində azı 5 (beş) illik iş stajına malik olmasını təsdiq edən sənədin surətləri və yaxud ali təhsil haqqında sənədin (diplomun) surəti. 

PMS imtahanında iştirak etmək hüququ verən orta ixtisas təhsilinə aid ixtisasların siyahısı DİM-in rəsmi internet səhifəsində (link) yerləşdirilib.

Bu ixtisaslar üzrə orta ixtisas təhsili olan namizədlər mühasibatlıq sahəsində azı beş illik iş stajı haqqında məlumat göstərilmiş əmək kitabçasının surətini elektron şəkildə qeydiyatdan keçdikləri səhifədə göstərilən ünvana yükləməlidirlər. Əmək kitabçasında göstərilən məlumatların həqiqiliyi DİM tərəfindən yoxlanılacaq və namizədə bu barədə bildiriş göndəriləcəkdir. 

İmtahandan 5 gün əvvəl namizədlər Mərkəzin saytından "İmtahana buraxılış vərəqəsi"ni və “Namizədin yaddaş kitabçası”nı çap edib götürə bilərlər. 

Xəbər lenti