Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinin keçiriləcəyi vaxt və məkan barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.
Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən bildirilib.
Müsahibə mərhələsində namizədlərə ünsiyyət və təqdimatetmə, liderlik, idarəetmə bacarıqları, həmçinin məktəbəqədər təhsil sahəsində pedaqoji və metodiki hazırlıq səviyyəsinin ölçülməsinə dair suallar təqdim edilir.
Müsahibə mərhələsində 3 meyar üzrə maksimum bal 5-dir. Minimum 3,5 bal və daha yüksək nəticə göstərən namizədlər bu mərhələdə uğur qazanacaqlar.
Qeyd edək ki, 171 namizəd müsahibə mərhələsində iştirak şansı qazanıb.