Logo

Tarix və riyaziyyat fənləri üzrə hazırlıq kurslarının ikinci məşğələləri keçirilib

26.10.2023 18:53 453 baxış
IMG

Dövlət İmtahan Mərkəzində (DİM) tarix fənni üzrə qəbul, riyaziyyat fənni üzrə isə buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kurslarının ikinci məşğələləri keçirilib.

Bu barədə "Tehsil.biz"ə DİM-dən bildirilib.

Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.

Hazırlıq kursları həm əyani, həm də “Zoom” vasitəsilə onlayn formada keçirilib.

Moderatorlar – tarix fənni üzrə Hafiz Cabbarov, riyaziyyat fənni üzrə isə Aqşin Abdullayev ölkənin təhsil sistemində tətbiq olunan qiymətləndirmə formaları (Beynəlxalq və Milli qiymətləndirmə) haqqında təqdimatla çıxış ediblər.

Təqdimatlar ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Hazırlıq kurslarının üçüncü məşğələləri növbəti həftə keçiriləcək.

Xəbər lenti