Logo

Türkiyəli telejurnalistlər BDU-da praktik seminar keçiriblər - FOTO

27.10.2023 09:49 374 baxış
IMG

III Beynəlxalq Türk Dünyası Kommunikasiya (Media) və İncəsənət Simpoziumunun iştirakçıları olan TRT-nin keçmiş əməkdaşı Hayri Çölaşan və rejissor-prodüser Esin Özalp Öztürk Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Tədris tele-radio studiyasının qonağı olublar.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, qonaqlar studiya ilə yaxından tanış olub və BDU TV-yə müsahibə veriblər.

Onlar eyni zamanda studiyanın auditoriyasında tələbələrə sənədli filmin necə hazırlanması, rejissor işinin özəllikləri barədə praktik seminar keçiriblər.

İnteraktiv formada keçirilən seminarda maraqlı müzakirələr aparılıb.

Xəbər lenti