Logo

BDU-nun əməkdaşı İtaliyanın Kalabriya Universitetində tədqiqat aparacaq

27.10.2023 19:20 375 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Tədqiqat və innovasiyalar sektorunun mütəxəssisi Xatirə Mehdiyeva İtaliyanın Kalabriya Universitetində tədqiqat aparacaq.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

X.Mehdiyeva İtaliya hökuməti tərəfindən xaricdə yaşayan İtaliya vətəndaşları və xarici vətəndaşlar üçün 2023-2024-cü illər üzrə elan edilmiş qrant müsabiqəsinin qalibi olub. Qrant proqramı çərçivəsində o, 2023-cü il dekabrın 1-dən 2024-cü il mayın 31-dək İtaliyanın Kozentsa əyalətində yerləşən Kalabriya Universitetində “Laylı Van-der-Vaals birləşmələri əsaslı, maqnit atomları ilə aşqarlanmış topoloji izolyator materiallarının strukturunun və elektron xassələrinin tədqiqi” mövzusunda elmi tədqiqat işi aparmaq imkanı qazanıb.

Xəbər lenti