Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı dosent Əli Fərhadovun Türkiyənin Aydın şəhərində keçirilən III Beynəlxalq Balkan və Qafqaz coğrafiyası sənət, tarix və folklor konfransında “Əhməd Ağaoğlunun yaradıcılığında Şərq-Qərb qarşıdurması və Türkiyə amili” mövzusunda məruzəsi dinlənilib.
Bu barədə "Tehsil.biz"ə muzeydən məlumat verilib.
Ə.Fərhadov Ə.Ağaoğlunun monarxiya əleyhinə Qərb demokratiyasına əsaslanan atatürkçülük, dünyəvilik, din və vicdan azadlığını, insan haqları siyasətini müdafiə etməsi haqqında ətraflı məlumat verib.
Sonra iştirakçıların sualları cavablandırılıb.
Konfrans materialları nəşr olunacaq.