Logo

UNEC Albaniyada təhsil sərgisində təmsil olunub

28.10.2023 18:45 338 baxış
IMG

UNEC Albaniyanın Tirana şəhərində keçirilən Ümumdünya Təhsil Sərgisində iştirak edib.

Tehsil.biz xəbər verir ki, ABŞ, Birləşmiş Krallıq, İsveçrə, Kanada, Belçika, Avstriya, Macarıstan, Bolqarıstanın ali təhsil müəssisələrinin iştirak etdiyi beynəlxalq sərgidə UNEC Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə yeganə ali təhsil müəssisəsi olaraq təmsil olunub.

Balkan regionunda ilk dəfə təmsil olunan UNEC-in təqdim etdiyi təhsil imkanları sərgi ziyarətçiləri tərəfindən böyük maraqla qarşılanıb. UNEC stendini ziyarət edənlərə əcnəbi tələbələrin qəbulu, beynəlxalq əməkdaşlıq, tədris proqramları və s. barədə məlumat verilib.

Xəbər lenti