Logo

Sosial-İqtisadi Kollecdə Xalq şairi Məmməd Arazın 90 illik yubileyi qeyd edilib

28.10.2023 20:26 228 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdindəki Sosial-İqtisadi Kollecdə Xalq şairi Məmməd Arazın 90 illik yubileyi qeyd edilib. 

Bu barədə "Tehsil.biz"ə kollecdən məlumat verilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Sosial-İqtisadi Kollecin Azərbaycan dili və ədəbiyyat müəllimi Cəvahir Tanrıverdi şairin poemaları haqqında ətraflı məlumat verib. O, şairin “Üç oğul anası”, “Qayalara yazılan səs” əsərlərini ideya və məzmun baxımından təhlil edib.

Mərasimdə, həmçinin yazıçı-jurnalist Faiq Qismətoqlu, kollecin tədris işləri üzrə direktor müavini, Azərbaycan dili və ədəbiyyat müəllimi Xanım Məmmədova çıxış ediblər. 

Bildirilib ki, Məmməd Araz Azərbaycan ədəbiyyatında çoxcəhətli və zəngin ədəbi irsinə, sənətkarlıq qüdrətinə görə özünəməxsus yeri və mövqeyi olan görkəmli söz ustadıdır. O, mənalı, keşməkeşli və şərəfli, bütövlükdə Vətənə və sənətə həsr olunmuş əsl şair-vətəndaş ömrü yaşayıb. Onun yaradıcılığının baş qəhrəmanı Azərbaycandır. Ona görə də bu görkəmli şair milli azadlıq ideyalı əsərləri ilə xalqımızın yaddaşına əbədilik həkk olunub.

Tədbirdə kollecin tələblərinin ifasında Məmməd Arazın şeirləri səsləndirilib. 

Sonda kollecin direktoru pedaqoji elmlər doktoru, professor Vidadi Orucov çıxış edərək Məmməd Arazın Vətənə, xalqa olan sevgisindən danışıb. Vurğulayıb ki, Məmməd Araz şeirlərinin hər misrası, hər bəndi kiçikdən-böyüyə hər kəs tərəfindən sevilə-sevilə oxunur.

Xəbər lenti